XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 19:02

AŞPA-nın məruzəçiləri Mehman Əliyevlə görüşüb –FOTO

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şenak və Florin Preda sentyabrın 14-də Turan İnformasiya Agentliyinin ofisində olub.

Onlar qurumun rəhbəri, sentyabrın 11-də həbsdən azad edilmiş Mehman Əliyevlə görüşüb.

"Vergilər Nazirliyi tərəfindən Turan-a qarşı araşdırmanın başlanıldığı ilk günlərdən biz Azərbaycanda müstəqil və səhih informasiya mənbəyi hesab olunan agentliyə dəstəyimizi ifadə etmişik", -deyə Stefan Şenak bildirib.

Həmməruzəçilər Turan rəhbərinə qarşı qətimkan tədbirinin dəyişdirilməsindən məmnunluqlarını bildirib, cinayət işinə xitam veriləcəyinə və agentliyin fəaliyyətini bərpa edə biləcəyinə ümidlərini ifadə ediblər.

Mehman Əliyev həmməruzəçilərə, habelə bütünlükdə Avropa Şurasına agentliyə göstərdikləri dəstəyə və həbsdən azad edilməsi üzrə səylərinə görə minnətdarlıq edib. Görüşdə Azərbaycanda KİV və vətəndaş cəmiyyəti sahəsində vəziyyət, habelə gələcəkdə agentliyin fəaliyyət perspektivləri və inkişafı haqqında fikir mübadiləsi aparılıb. (Amerikanın Səsi)