Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayının vaxtı məlum olub.
VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli APA-ya açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurasının toplantısında VHP-nin qurultayının noyabrın 24-nə təyin edilməsi haqqında qərar verilib. Bununla bağlı Ali Məclisin sessiyası çağırılıb.
S. Əsədli qeyd edib ki, sentyabrın 26-da isə partiyanın yaranmasının 25 illiyi qeyd ediləcək.