XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2015 - 12:50

Fuad Qəhrəmanlının vəkili təcridxana rəisinə müraciət etdi – Səbəb

AXCP sədrinin müavini, feysbuk yazılarına görə “Dövlət əleyhinə çağırış” ittihamı ilə həbs edilmiş Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev Bakı İstintaq Təcridxanasının və Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəislərinə müraciət edib.

Vəkilin müraciəti F.Qəhrəmanlıya telefondan və kompyüterdən istifadə icazəsinin verilməsi üçündür.

Vəkil “Azadlıq”a bildirib ki, F.Qəhrəmanlı telefon danışığı aparmaq və kompyüterdən isitfadə hüququndan yararlanmaq istəyir. Bunun üçün isə müvafiq orqanlara rəsmi müraciət edilməlidir. Müraciətlər hazırlanıb və dekabrın 23-də aidiyyəti üzrə təqdim olunub.

Vəkil müraciətə müsbət cavab veriləcəyini gözləyir.