XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 12:59

Milli Məclisin komitəsi bəzi qanunlara dəyişiklik edib

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bəzi qanun layihələrinə dəyişiklik müzakirə edilib.

 Əmək Məcəlləsinə, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Heyvanlar aləmi haqqında”, “Muzeylər haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Təhsil haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Yaşayış minimumu haqqında” qanunlarda və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də texniki dəyişiklik qəbul olunub.  Bütün sənədlərdə “elmi müəssisələr” sözünün ardınca “elmi təşkilatlar” sözü əlavə edilib.

 Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.