XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 15:49

AŞPA-nin Azərbaycan üzrə məruzəçisi istefa verdi –"Sakit debat üçün şərtlər yoxdur" QALMAQAL

OCCRP beynəlxalq jurnalist şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması məqsədilə 2,9 mlrd. dolların çıxarılmasından bəhs edən araşdırmanın fiqurantı olması ilə əlaqədar Belçikalı senator Alan Desteks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlüyündən istefa verib.

Medianın məlumatına görə, Desteks Belçikada öz qeyri-kommersiya assosiasiyası üçün Azərbaycandan maliyyə vəsaiti alıb. Desteks AŞPA-nın Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında məruzəçisi idi. İnsan hüquqları və ifadə azadlığı ilə bağlı problemləri yumşaltdığına görə onun fəaliyyəti yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidinə səbəb olurdu. Onun məruzəsi AŞPA-nın oktyabr sessiyasına təqdim edilməli idi. Amma, sentyabrın 16-daDesteks ona qarşı "hücumlardan" gileylənərək, istefa verib.

"Həddindən artıq siyasiləşmiş bu assambleyada hazırda müzakirələr məruzəmin məzmunu deyil, mənim şəxsiyyətim üzərində cəmlənib", -deyə Belçika mətbuatı Desteksin sözlərindən sitat gətirir.

Desteksin fikrincə, "sakit debatlar üçün şərtlər artıq yerinə yetirilmir".

Bir müddət əvvəl Desteks AŞPA üzvlərindən ibarət qrupun Bəşər Əsədlə görüşmək üçün Suriyaya getməsi ilə bağlı qalmaqalın mərkəzində idi. Bu səfərə assambleya tərəfindən icazə verilməmişdi. Bununla əlaqədar AŞPA prezidenti Pedro Aqramunta belə bir səfərdə iştiraka görə etibarsızlıq ifadə olunub.