XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 10:40

Xamenei Yəmənə hərbi müdaxiləni “yanlış reaksiya” sayır

“Şiə və sünniləri bu çətin zamanda birləşməyə çağırıram”

İranın rəhbəri və ali dini lideri Əli Xamenei bu gün jurnalistlərə bildirib ki, Yəməndəki duruma xarici müdaxilə yanlış reaksiyadır.

Strateq.az İran mətbuatına isnadən bildirir ki, Xamenei deyib: Xarici müdaxilə dövlətdaxili zorakılığa və vətəndaş müharibəsinə yanlış reaksiyadır. Xüsusən də Əfqanıstan və İraqda baş vermiş fəlakətlərdən sonra”.

O, qeyd edib ki, Səudiyyə Ərəbistanının Yəmənə aviazərbələri təcili dayandırılmalıdır. çünki Yəmən böhranı orada “Əl-Qaidə” və İŞİD kimi terror qruplaşmalarının çoxalmasına səbəb olacaq.

İranın dini lideri İslamın hər iki cərəyanının təmsilçilərini – şiə və sünniləri bu çətin zamanda birləşməyə çağırıb və Yəməndə milli dialoqa dəstək verdiyini söyləyib.