XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 15:14

Aİ-nin siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyətiBakıya səfər edəcək

Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib.

30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir.

K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək.

O qeyd edib ki, hazırda səfərin proqramı ilə bağlı hazırlıqlar aparılır.