XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 14:58

Aİ-nin Azərbaycandakı nümayəndəsi:"Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hadisələri diqqətlə izləyirik"

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hadisələri diqqətlə izləyir.

Trend-in məlumatıan görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib.

O deyib: “Mən bunun nə qədər vacib mövzu olduğunu çox yaxşı başa düşürəm. Mən təhlükəsizlik siyasəti və münaqişələr üzrə iş təcrübəmdən də istifadə edəcəyəm. Aİ bu məsələ ilə birbaşa məşğul olmur, amma münaqişə ətrafında baş verən hadisələri diqqətlə izləyir. Münaqişə mövzusu yeni saziş çərçivəsində və Şərq tərəfdaşlığı sammitinə hazırlıq zamanı da müzakirə olunacaq”.