XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 17:42

Sabiq baş prokuror Əli Ömərov YAP üzvlüyündən istefa verdi  –Açıqlama

Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov iki ildir üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verib.

 Bu barədə “Ölkə.Az”-a YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü Kərim Kərimov məlumat verib.

K.Kərimov deyib ki, ötən gün Əli Ömərov üzvü olduğu YAP Nəsimi rayon təşkilatına istefa ərizəsi ilə müraciət edib: “Əli Ömərov öz istəyi ilə YAP-dan istefa verib. O, 2014-cü ilin noyabr ayında YAP-a müraciət edərək, partiyaya üzv olmuşdu. İndi də öz istəyi ilə çıxıb. Bu onun öz istəyidir və heç kəs buna müdaxilə edə bilməz”.

Sayt məsələ ilə bağlı Əli Ömərovla da əlaqə saxlayıb. O, “Ölkə.Az”-a açıqlamasında YAP-dan istefa verdiyini təsdiqləyib.