XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 18:23

Sabiq baş prokuror jurnalistlərə səsləndi:"Əl çəkin məndən və mövzunu bağlayın!"

"Haqqımda nə yazırlar, yazsınlar. Mətbuata başqa nəsə açıqlama vermək fikrim yoxdur. Çünki mətbuatda yazılanların hamısı yalandır.Yeni Azərbaycan Partiyasından istefa verməyimdə hər hansı marağım yoxdur. Xüsusi nə marağım olar bilər ki?! Heç bir biznesim də yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov YAP-dan çıxması və Milli Şuranın sentyabrın 23-də təyin etdiyi mitinqə dəstək verməsi xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, partiyadan çıxmasının əsl səbəbi var:

"Ərizəmdə də qeyd etmişəm ki, YAP məni iclaslarına çağırmır. Mən də buna cavab olaraq partiya sıralarından xaric olunmağımı xahiş etdim. Başqa heç nə yoxdur. Səhərdən hamınız zəng edirsiz. Əl çəkin məndən və mövzunu bağlayın! Mitinqlə bağlı da əlavə nəsə deməyəcəm”

Xatırladaq ki, bir neçə gün öncə Əli Ömərov üzvü olduğu Yeni Azərbaycan Partiyasından istefa verib və Milli Şuranın sentyabrın 23-də təyin etdiyi mitinqə dəstək çağırışı edib.