XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 21:02

Ədalət Partiyası dekabr ayında qurultay keçirəcək –Partiya qərar verdi

Bu gün Ədalət Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib. 

Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda Ədalət partiyasının VI qurultayına hazırlıq məsələləri müzakirə olunub. Nizamnaməyə uyğun olaraq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb:

"Təşkilat Komitəsinə Ədalət Partiyasının sədri İlyas İsmayılov rəhbərlik edəcək. Siyasi Şura üzvlərinin hamısı Təşkilat Komitəsinin üzvü seçilib". 

Təşkilat Komitəsinin qərarına əsasən, Ədalət Partiyasının VI qurultayının dekabrın 23-də keçirilməsi qərara alınıb:

"Qurultayda seçkili orqanların hesabatları dinləniləcək, Ədalət partiyasının sədri, Ali Məclis üzvlərinin üçdə biri və Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri seçiləcək".