XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 12:23

“Yüzdən çox məhbus azadlığa çıxacaq” – Komissiya üzvlərindən açıqlamalar

“Növbəti əfv fərmanı ilə yüzdən çox məhbus azadlığa çıxacaq”.

Bunu Əfv komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. 

Deputat bildirib ki, əfv üçün komissiyaya yüzlərlə müraciət daxil olub: “Bu dəfə müraciətlər əvvəlki illərlə müqayisədə çoxdur. Artıq komissiya işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunub.

çalışırıq ki, əfv olunanların sayı maksimum dərəcədə çox olsun. Biz bunun üçün çalışırıq. Əfv etmək səlahiyyəti isə prezidentə məxsusdur”, – deyə M.İbrahimqızı vurğulayıb. 

Əfv komissiyasının üzvü Novella Cəfəroğlu isə bildirib ki, həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb: 

“Siyahı Azərbaycan Prezidentinə təqdim olunub. Yaxın günlərdə əfv sərəncamının imzalanacağı gözlənilir. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 18-də imzalayıb. Həmin siyahıya əsasən, 90 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad edilib. İnanırıq ki, 100-ə yaxın məhkum azadlığa çıxacaq”.