XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 13:05

Biz Putinsiz neyləyərdik?

Putini Qərbdə “yeni rus iblisi” adlandırırlar

Avstriya qəzeti “Die Presse”nin icmalçısı Eduard Ştayner yazır ki, “Əgər Putin olmasaydı, onu quraşdırmaq lazım gələrdi. Əlbəttə, Avropanın maraqları üçün. ötən illərin heç bir siyasətçisi Avropaya onun zəifliklərini bub qədər açıq şəkildə göstərə bilməzdi”.

Ştayner yazır: “Putin bunu ona görə etmir ki, sərtdir. Ona görə ki, rəqibinin bədənindəki hər bir, hətta ən kiçik çata soxulmağa çalışır ki, onu içəridən tikə-parça etsin . Kremldə düşmənin zəifliklərindən istifadə nəsə ayıb bir iş sayılmır – dzüdodakı kimi. Putin isə onu artıq mənimsəyib. Putin heç vaxt gizlətməyib ki, onun rəqibi Avropa Birliyidir. Bu yerdə xüsusi qeyd etmək gərəkdir: AB-nin ayrı-ayrı dövlətləri yox. Onlarla həmişə ümumi dil tapa bilib. Başına düşən daş kimi AB bütöv bir struktur tək. çünki vahid AB Rusiya ilə rəqabət aparmaq üçün yetərinəcə gücə malikdir“.

Müəllif güman edir ki, “Lakin Putinin hesabı özünü doğrultmadı. O özünün Avropa tərəfdaşını nə qədər zəiflətmək istədisə, Avropa bir o qədər güclü çıxdı. Məsələn, Moskvanın ayrıca Avropa ölkəsi üçün imtiyazların yardımı ilə energetika sahəsində AB-nin ümumi siyasətinə yol verməmək cəhdləri tamamilə əks nəticələrə gərirb çıxartdı. Avropa ölkələrindən Ukraynanın qazla təchizatının layihə ilə nəzərdə tutulmuş müxtəlif yönlü qaz tədarükünü pozmaq niyyəti uğurla nəticələnmədi və “Qazprom”a çoxmilyardlıq itki gətirdi. Hər halda, Avropadan Ukraynaya qaz getdi. Bu səbəbdən də Putini AB siyasətinin konstruktiv və barışmaz rəqibi adlandırmaq lazım deyil. Lakin madam Putini Qərbdə “yeni rus iblisi” adlandırırlar, onda Hötenin “Faust”undakı misraları bir qədər dəyişdirib demək olar: O, əbədi olaraq şər istəyən qüvvənin bir hissəsidir və bəzən xeyir iş görür”.

özü istəmədən…