XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2017 - 23:35

Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti Qurban Qasımov Suriyada həlak olub –İŞİD-lə döyüşdə

 “QRU”nun xüsusi təyinatlı dəstəsinin kapitanı Qurban Qasımov Suriyada həlak olub.

Virtualaz.org bildirir ki, bu barədə  "VKontakte" sosial şəbəkəsində "Rusiya Qəhrəmanları" qrupu xəbər yayıb.

Bildirilir ki, zabit avqustun 2-də döyüş tapşırığını yerinə yetirərkən İŞİD terrorçuları tərəfindən mövqelərin minaatanlarla atəşə tutulması nəticəsində həlak olub.  Q.Qasımovun həlak olması haqda Conflict Intelligence Team (CIT) tədqiqat qrupu da  məlumat yayıb.

CIT dəqiqləşdirib ki, “QRU”nun qvardiya kapitanı Q.Qasımov Tolyattidə yerləşən  xüsusi təyinatlı Üçüncü əlahiddə qvardiya briqadasında (h/h 21208) xidmət edib. Q.Qasımovun ölümü haqqında post, başqa şeylərlə bərabər, onun mükafatlarının və qəbri üstündə qoyulmuş abidənin şəkilləri ilə müşayiət olunur. Mükafatlar arasında —"Palmiranın azad olması uğrunda" medalı da var.  Başdaşının əks tərəfində isə Suriya ərazisindəki bu şəhərdə döyüş səhnəsi təsvir edilib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Qurban Qasımovun həlak olduğunu rəsmən elan etməyib. Qurum sentyabrın əvvəlinə sadəcə Suriyada 36 Rusiya hərbi qulluqçusunun həlak olması barədə xəbər yayıb. (Virtualaz.org)