Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü başlayıb.
APA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilir.