XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2017 - 15:56

Almaniya səfiri azərbaycanlı siyasətçiləri və diplomatik korpususeçki axşamına dəvət edib

Hazırda Almaniya Bundestaqına 19-cu çağırış seçkiləri keçirilir

Bu gün Almaniyada növbəti parlamanent seçkiləri keçirilir. Almaniyanın ölkəmizdəki səfirliyindən Strateq.az saytına bildiriblər ki, bununla bağlı Almaniya səfiri Mixael Kindsqrab Bakıdakı alman icmasını, azərbaycanlı siyasətçiləri, eləcə də diplomatik korpusun nümayəndələrini iqamətgahda keçiriləcək seçki axşamına dəvət edib.  Almaniya Bundestaqı Almaniya Federativ Respublikasının ali qanunverici orqanıdır.  Bundestaq Alman siyasi sisteminə əsasən birbaşa seçki hüququ əsasında seçilən yeganə orqandır  və buna görə Almaniya parlament demokratiyasında vacib yer tutur.  Bundestaqa  seçkilər  hər dörd  ildən bir keçirilir. Almaniya  Parlamentinin  üzvləri  müxtəlif fraksiyalara  qoşula  bilirlər.

Parlament  qanunvericilik  funksiyasından  başqa h ökumət  başçısını (kansleri) seçir və ölkə prezidenti və digər vacib orqanların seçimində də iştirak edir. Bundestaq hökumət və icraedici orqanların, eləcə də Almaniya Silahlı Qüvvələrinin işinə nəzarət edir.

 Laçın

 Strateq.az