XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2017 - 14:25

Sərdar Cəlaloğlu:“Keçirilən mitinqlərin ictimai-siyasi proseslərə təsiri yoxdur”

“Bir partiyanın kiçik toplantısına icazə verilmir, amma meydanlarda korrupsiya əleyhinə şüarlar səsləndirən minlərlə insanın çıxışına imkan verilir. Bu sual məni çox düşündürür. Amma  bütövlükdə mitinq çox yaxşı təşkil olunmuşdu və hesab edirəm ki, hədəfinə də çatdı”.

Bu sözləri modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu Milli Şuranın mitinqini şərh edərkən deyib. ADP sədrinin sözlərinə görə, mitinqdən qabaq İslam Partiyası qapalı bir yerdə 25 illik yubiley keçirmək istəyirdi. Polis həmin yubileyin keçirilməsinə imkan vermədi: “Amma bu mitinqdən bir neçə gün sonra Milli Şuraya mitinq keçirməyə icazə verilməsi müəyyən suallar doğurur”.

S.Cəlaloğlu qeyd edib ki, mitinqə digər siyasi partiyalar da dəstək verib və bu çox yaxşı haldır. Partiya sədri bildirib ki, xalqın geniş şəkildə mitinqə qatılmadığı bir şəraitdə mitinq keçirmək mənasızdırır.

“Əslinə  baxsaq, keçirilən mitinqlərin ictimai-siyasi proseslərə təsiri yoxdur. Milli Şuranın mitinqində bizim üzvlərimiz geniş şəkildə iştirak edib. Amma o ki qaldı partiya olaraq Milli Şuranın aksiyada iştirak etməyə, bu siyasi partiyalar nöqteyi-nəzərindən yanlış bir yanaşma olardı. Hər bir partiyanın özünün təşkilatı və siyasəti var. Düşünürəm ki, hər bir partiya verdiyi qərarı özü icra etməlidir”.