XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 10:50

“”Azəravtoyol” ASC-nin nə belə müəssisəsi, nə də əməkdaşı var” –Referendumu dəstəklədiyi deyilən məmurla bağlı iddialara cavab

Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb.

Bununla bağlı "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyi açıqama yayıb.

ASC-dən Strateq.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik: 

"Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq, onu tirajlayan heç bir media qurumu "Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib. Halbuki bununla da həm o məlumatı yazan jurnalist, həm də onu yayan media qurumu birbaşa olaraq Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksini və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozub.

Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatar həqiqəti əks etdirmir, "Azəravtoyol” ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur.

Xahiş edirik ki, bundan sonra "Azəravtoyol” ASC ilə bağlı olan hər-hansı bir məlumatı yayımlamamışdan öncə bizimlə dəqiqləşdirəsiniz və yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı verəsiniz. Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq.

Bütün bunları nəzərə alaraq sözügedən xəbərdə dəyişiklik edərək bizim rəsmi mövqeyimizi də əlavə etməniz sizdən xahiş olunur. Öncədən təşəkkürümüzü bildiririk!".