Aleksey Zabrodin və Tatyana Baykova
“İzvestiya”, Rusiya 28 .09.2017
Donbasda BMT missiyasının yerləşdirilməsi haqqındakı Ukrayna layihəsi müzakirəyə çıxarılarkən, Moskva ona veto qoyacaq.
Bu barədə “İzvestiya”ya rus diplomatik mənbələri məlumat verərək qeyd ediblər ki, əməliyyatın Ukrayna variantı münaqişənin faktiki olaraq davam etməsi olacaq və Kiyev bu yolla regionun blokadasına nail olmağa çalışır. Buna görə də Moskva “mavi dəbilqəlilər”in təmas xəttində yerləşdirilməsi və ATƏT müşahidəçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün çıxış etməkdə davam edir. Yeri gəlmişkən, bu ssenari də Vaşinqtonun mövqeyi üzündən, çətin ki, dəstək alsın.
Ukrayna prezidenti Pyotr Poroşenko "CBC News"a verdiyi müsahibəsində bəyan edib ki, Rusiyanın Donbasda sülhməramlı əməliyyatlarda iştirakı “qətiyyən mümkün deyil”.
Poroşenko, qətnamənin Ukrayna variantı Təhlükəsizlik Şurasında baxılarkən, Rusiya veto qoyacağı halda, BMT-nin Beynəlxalq məhkəməsinə şikayət etməklə hədələyib.
Yüksək səviyyəli rus diplomatik mənbəsi “İzvestiya”ya məlumat verib ki, Moskva heç bir halda qətnamənin Ukrayna variantını buraxmayacaq. Axı, Kiyev “mavi dəbilqəlilər”in, Rusiya-Ukrayan sərhəddi də daxil olmaqla, bütün Donbas və Luqansk ərazisində yerləşdirilməsini təklif edir və ölkənin şərqindəki vətəndaş müharibəsini beynəlxalq münaqişə adı altında pərdələməyə çalışır.
“İzvestiya”nın müsahiblərindən biri qeyd edib: “Donbasda Pyotr Poroşenkonun istədiyi formada BMT missiyası olmayacaq. Sülhyaratma əməliyyatı tərəfləri ayıran xətdə aparılmalı və ATƏT müşahidəçilərinin təhlükəsizliyini təmin etməlidi”.
Hələlik regionda sülhyaratma missiyası haqqındakı rus layihəsi BMT TŞ-yə təqdim edilən yeganə layihədir. Bu layihəyə əsasən, missiya “tərəflərin qüvvə və vəsaitlərinin faktiki mövcud olan təmas xəttindən altı ay ərzində ayrılmasından sonra” təsis ediləcək. Sənəddə “Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə tam hörmət”, həmçinin münaqişənin tənzimlənməsinin yalnız Minsk razılaşmasının yerinə yetiriliməsi şərtilə mümkünlüyü qeyd edilib. Moskvanın təklifinə görə, sülhməramlılar ATƏT-in monitorinq missiyasının təhlükəsizliyini təmin etməlidirlər.
BMT-də olan Ukrayna missiyasi tərəfindən məxsusi qətnamə layihəsi haqqında çox söz-söhbət və bəyanlar olsa da, hələ də alternativ variant təqdim edilməyib. Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçevin fikrinə görə, “belə uzatmanın olması tamamilə anlaşılmazdır”.
“İzvestiya”ya danışan Konstantin Kosaçev bildirib: “Görünüşə görə, sanki Ukrayna üçün mühüm olan bu prosesin tormozlanması, BMT TŞ-də rus layihəsinin baxılmasına imkan verilməməsi, eyni zamanda mənasız düşüncələrin davam etdirilməsidir. Lakin biz anlayırıq ki, ukraynalılar öz layihələrini təqdim etmək istəyirlər. Onlar üçün Donbasdakı münaqişəni dövlətlərarası münaqişə kimi göstərmək mühümdür, çünki bu halda ayırıcı xətt sərhəddən keçir. Lakin bu, Minsk razılaşmasının,-harda ki münaqişə ukraynadaxili münaqişə kimi qeyd edilib, – digər iştirakçılarının mövqeyinə uyğun gəlmir. Məhz təmas xəttində – bir tərəfdən Luqansk və Donetsk, digər tərəfdən də yerdə qalan Ukrayna ərazisi arasında olan – ATƏT missiyası işləyir, Minsk razılaşmasının pozulması üçün təxribatlar törədilir və insanlar ölür. Sülhməramlılar da elə orada lazımdır. Rusiya təşəbbüsünün məntiqi də budur”.
Senatorun sözlərinə görə, ayırıcı xətt ideyası ortaya çıxan kimi, Minsk razılaşması pozulma təhdidi altına düşür. Bu halda alternativ tənzimləmə ssenarisi yoxdur, mövcud razılaşmalar isə BMT TŞ tərəfindən dəstəklənib.
Görünür ki, BMT sülhməramlıları müharibənin sardığı Luqansk və Donetskə yaxın dövrdə gələ bilməyəcək.
Konstantin Kosaçev qeyd edib: “Missiyanın Kiyev versiyası, əlbəttə, əgər o, BMT TŞ-yə təqdim ediləcəksə, Minsk razılaşmasına zidd olduğundan keçməyəcək və yalnız vəziyyəti mürəkkəbləşdirə bilər. Moskva layihəsi isə Rusiya kimi BMT TŞ-də veto hüququ olan ABŞ-ın narazılığına səbəb olur. Təəssüf ki, ABŞ və Ukrayna nümayəndəliyi artıq Moskva versiyasına qarşı kəskin çıxış ediblər”.
Buna görə də, iki əsas variant qalır. Ya Vaşinqtonun avropalı tərəfdaşları amerikalıları və ukraynalıları sülhməramlılar haqqında, Minsk razılaşmasına uyğun və hələlik yeganə olan qətnamə layihəsinə inadırmağa nail olacaqlar, ya da tərəflərdən hansısa Donbasda “mavi dəbilqəlilər”in yerləşdirilməsi üçün üçüncü ssenari işləyib hazırlayacaqdır.
Ancaq hələlik heç kim belə bir ssenarinin hətta layihə şəklində olsa belə, mövcudluğu haqqında fikir bəyan etməyib.
Tərcümə Strateq.az-ındır