XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 06:14

Xamenei: ““Altılıq”la yekun sazişi olmaya bilər”

“İranın hərbi obyektləri müşahidə təklifi altında nəzarətə götürülə bilməz”

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei bildirib ki, İranla “altılıq” arasında nüvə proqramı üzrə Lozannada bağlanmış çərçivə sazişi yekun sazişin imzalanmasına zəmanət vermir.

Strateq.az İran nəşrinə əsasən xəbər verir ki, ali dini rəhbər deyib: “İranın nüvə proqramı üzrə ilkin saziş heç bir hüquqi öhdəliklər ehtiva etmir”.

Xamenei qeyd edib ki, hüquqi sazişin imzalandığı gün Qərbin antiiran sanksiyaları ləğv edilməlidir: “Sanksiyaların mərhələli ləğvi Tehran üçün qeyri-məqbuldur”.

İran.ru-nun yazdığına görə, Xamenei əvvəlki təcrübələrə əsasən ABŞ-la danışqılara nisbətdə nikbinlik duymadığını vurğulayıb.

Onun sözlərinə görə, İranın hərbi obyektləri müşahidə təklifi altında nəzarətə götürülə bilməz.