XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 18:26

Yəhudi əsilli türkiyəli yazar:"Bərzanini necə yola gətirmək olar?"

Sami Kohen

“Milliyet”, Türkiyə 29.09.2017

 

Şimali İraqdakı müstəqillik referendumunun ertəsi günü İraq Kürdüstan Regional Administrasiyasının (İKRA) və İraq mərkəzi hökumətinin nə edəcəyi bəlli oldu: Bərzani hakimiyyəti reallaşdırdığı xalq səsverməsində əzici bir əksəriyyət (92%) təmin edərək, iddiasını təsdiqləməklə kifayətləndi və bu mərhələdə müstəqillik elan etmək kimi bir niyyətinin olmadığını, regionun gələcəyi ilə əlaqədar müzakirələr üçün mərkəzi hökumətlə masaya oturmaq istədiklərini açıqladı; Bağdad isə Şimal regionunu tamamilə öz nəzarəti altına almaq və Bərzani hökumətini kənarda qoymaq üçün bir sıra siyasi, iqtisadi və hərbi tədbirləri həmən həyata keçirməyə başladı.

Bağdadın strateji məqsədi, iqtisadi blokada və hərbi təzyiqlə, hətta güc tətbiq edərək, Şimali İraqda hakimiyyətini möhkəmləndirmək, regionun İraqdan qopmasını önləməkdir.

Bu strategiya, şübhəsiz, İraqla kürdlər arasında bir müharibə durumu yaratmaq təhlükəsini ortaya çıxarır. Bunun problemi həll edib-etməyəcəyini və regionda daimi sülh və sabitliyi təmin edib-etməyəcəyini soruşmağa dəyər…

 

Münaqişə təhlükəsi
 

Ankaraməlum narahatlıqları üzündən, hələ işin əvvəlində bu məsələdə tərəf dəyişdirərək, bir neçə ay öncəsinədək düşmən saydığı İbadi hökumətindən yana bir mövqe tutmuş, yaxın əməkdaşlıq etdiyi Bərzani hakimiyyətinə qarşı çıxmışdır.

Türk hökumətinin seçdiyi yol, özünü İbadi hökumətinin strategiyasına bağlamaqdır. Belə ki, Türkiyə indidən Bağdadın istəkləri istiqamətində bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Ankara bu yöndə daha başqa addımlar atılacağı, məsələn, neft klapanını bağlaya, ərzaq boykotu ilə region kürdlərini ac qoya biləcəyi haqqında xəbərdarlıq edib…

Bu arada türk səlahiyyətliləri hərbi seçimin də masada olduğunu bildirməyi unutmurlar. Sərhəd bölgəsində Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlim və buna ilk dəfə İraqlı zabit və əsgərlərin də qatılması, Ankaranın bu məsələdəki qərarlılığını göstərir.

 

Diplomatiya seçimi

 

İraq hökumətinin öz strateji hədəfinə çatması üçün haraya qədər gedəcəyi önümüzdəki günlərdə daha yaxşı anlaşılacaq. Beynəlxalq birlik referenduma qarşı nə qədər çıxış etsə də, referendum sonrası prosesin münaqişə deyil, bir müzakirə və uzlaşma prosesi olmasını istəyir. Belə ki, bu yöndə ABŞ-dan Fransaya və Rusiyaya qədər, bir çox ölkədən səslər eşidilməyə başlayıb. Verilən bəyanatlarda və edilən çağırışlarda Bağdadla Ərbilin dialoq qurması və müzakirə yoluyla razılaşma əldə etməsi istənilir. Hər halda, önümüzdəki günlərdə beynəlxalq diplomatiya bu məqsədlə dövriyyəyə girəcəkdir.

Əslində, tərəflərin münaqişə etmək yerinə, oturub uzlaşmaya çalışması hər baxımdan seçilməsi lazım olan yoldur.

Bununla belə, Ankara bu məsələdə də tərəf olmuş, diplomatiya yoluyla çözüm aramaq cəhdlərinə qatılmaq şansını itirmişdir.