XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2017 - 00:01

Qarabağa qanunsuz səfər edən Ufuk Uras danışdı:"Xocalı da daxil olmaqla oradakı bölgəni gəzdik"

Sentyabrın 22-də Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən türkiyəli Ufuk Uras bu barədə efirdə də məlumat verib.

Axar.az xəbər verir ki, “HaberTürk” kanalında efirə gedən və İraq Kurd Muxtariyyətindəki müstəqillik referendumun müzakirə edildiyi “Türkiyənin nəbzi” verilişinin 27 sentyabr buraxılışında Ufuq Uras da qonaq qismində iştirak edib.

Bərzaninin addımlarını dəyərləndirən U.Uras heç bir səbəb və ehtiyac olmadan Dağlaq Qarabağa səfərini qabardır və ermənilərin saxta və kimsənin tanımadığı bir “referendumla” “Artsax” etməyə cəhd göstərdiyi Qarabağın adını ermənilərin təbirincə ilk dəfə Türkiyə efirindən səsləndirir.

“Mən bu həftə Artsaxda idim” – deyən U.Uras yaxşı bilir ki, bu adın nə olduğunu kimsə bilmir, ona görə də dərhal izahatını verir: “Artsax deyincə, çoxları anlamaya bilər. Bu, Dağlıq Qarabağ deməkdir. Xocalı daxil oradakı bölgəni gəzdik, deputatlarla, nazirlərlə görüşdük”.

U.Urasın “Artsax” adını qəsdən və düşünülmüş şəkildə çəkdiyinə, ümumiyyətlə, İraq Kurd Muxtariyyəti ilə Dağlıq Qarabağı eyniləşdirməkdə məkrli, əvvəlcədən düşünülmüş və erməni ideoloqlarının iradəsinə uyğun bir gediş etdiyinə heç bir şübhə yoxdur.

U.Uras bildirir ki, orada (Dağlıq Qarabağda – red.) Ermənistanın da qəbul etmədiyi bir vəziyyət formalaşıb, “gəliş-gedişlər” olub: “Nəticədə bir Qarabağ yorğunluğu formalaşıb, qara dəlik formalaşıb. Burada bənzər bir problemin olması ortaya çıxır. Yəni sizin Bərzani ilə apardığınız de-fakto əlaqəniz de-yure hala çevrilir. Əslində bu referendum daxili siyasətə yansımamalıdır”.

U.Urasın bu çıxışından aydın olur ki, o özü də Ermənistanın belə qəbul etmədiyi “qara dəliyə” səfər etmək və oradakı separatçılarla görüşünü “nazirlərlər, deputatlarla görüş” kimi hallandırmaqla “de-fakto” mövcudluğa “de-yure” donu geyindirməyə xidmət etdiyini çox gözəl anlayır və bunu qəsdən edir.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb. 22 sentyabr tarixində Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz səfər ediblər.

28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.