XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 17:48

Deputat:"Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfəri qardaş ölkə tərəfindən də kəskin pislənməlidir"

Sentyabrın 22-də bir qrup Türkiyə vətəndaşının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər etməsi Azərbaycanla yanaşı, Türkiyə tərəfindən də kəskin pislənməlidir.

Bu barədə Trend-ə millət vəkili Rövşən Rzayev deyib.

Millət vəkili bildirib ki, qardaş ölkənin nümayəndələrinin belə bir addım atması təəssüf doğurur: "Bu hərəkət onların Azərbaycan qanunvericiliyinə hörmətsizliyidir. Onlar Dağlıq Qarabağda separatçı rejimlə görüşüb Azərbaycana qarşı fikirlər səsləndiriblər. Türkiyə vətəndaşlarının erməni işğalındakı torpaqlarımıza qanunsuz səfəri ermənilərin təxribatçı siyasətinə dəstək verməkdir. İnanıram ki, məsələ qanuni şəkildə araşdırılacaq və həmin şəxslər barəsində tədbir görüləcək".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.