XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2017 - 01:20

Rusiya və İran ABŞ-ın İŞİD-ə qarşı real mübarizə aparmadığını iddia edir:"İraqla sərhəddin nəzarətə götürülməsinə imkan vermir"

Cavad Zərifi

İran XİN başçısı Cavad Zərifi hesab edir ki, ABŞ Suriya hökumətinin İraqla sərhəddi nəzarətə götürməsinə imkan verməməyə cəhd edir. Onun sözlərinə görə, bu gün ABŞ administrasiyasının prioritetləri terrorizmlə mübarizə deyil, məhz bu vəzifədir. Cənab Zərif qeyd edib ki, Suriyada prioritetlərini dəyişən ABŞ-dan fərqli olaraq, İran Suriya böhranının dinc yolla həllinə çalışır və İŞİD-lə mübarizəni sözdə deyil, əməldə davam etdirir.

Bundan öncə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Amerika rəhbərliyini Suriyada apardığı və onun rəyinə əsasən, nəticədə Deyr əz-Zor rayonunda rus generalı Valeri Asapovun ölümünə səbəb olan, ikili standartlar siyasətinə görə tənqid etmişdi.

Nyu-Yorkda, qeyri-hökumət təşkilatı olan “Asiya cəmiyyəti”ndə çıxışı zamanı İran xarici işlər naziri bəyan edib: “Bu gün mənə elə gəlir ki, prioritetlər əyişib və ABŞ rəhbərliyi üçün ən mühüm olan İŞİD-ə qalib gəlməkdən daha çox, Suriya hökumətinə İraqla sərhəddi nəzarətə götürməyə imkan verməməkdir”.

Bununla birlikdə, İran diplomatiyasının başçısı hesab edir ki, ABŞ-dan fərqli olaraq, İran Suriyada terroristlərlə real mübarizə aparır. AP-yə verdiyi və çərşənbə günü nəşr olunan müsahibəsində Cavad Zərifi xatırladıb ki, İran İslam Respublikası 1990-cı illərdə Əfqanıstanda, 2003-cü ildən isə İraqda terrorizmə qarşı durub. Nazir bəyan edib: "Əgər regionda hansısa hökumətə ekstremistlərlə mübarizədə kömək lazım olacaqsa, biz hazırıq”.

Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Həsən Ruhani bu yaxınlardakı telefon danışığı zamanı, “Suriya böhranının uzunmüddətli tənzimlənməsinə nail olmaq üçün, o cümlədən Astana prosesinin təminatçı ölkələrinin əməkdaşlığının gücləndirilməsi və BMT-nin himayəsi altında Cenevrədə aparılan siyasi danışıqların təşviq edilməsi yolu ilə, bundan sonra da birgə səylər göstərməyə” hazır olduqlarını ifadə ediblər.

İran XİN başçısı ona inandığını qeyd edib ki, Rusiya da, onun ölkəsi kimi, Suriyada vəziyyətin tənzimlənməsinə siyasi yolla nail olmaq istəyir. ТАСС Cavad Zərifin, “Mən prezident Putinlə danışdım, bilirəm ki, prezident Putin Suriyada dinc həll yolu tapmaq arzusundadır”, sözlərini misal gətirir.

İranlı nazir soruşur: “ABŞ buna hazırdırmı? Yaxınlarda prezident Trampla danışandan (RF XİN başçısı S. Lavrovu nəzərdə tutur- tərc.), – bu mənə qismət olmayıb, – soruşun”.  

Sergey Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da ABŞ-ın Suriyadakı başlıca hədəfinin İŞİD üzərində qələbə çalmaq olmasına şübhə edir. Diplomat qeyd edib ki, “Hər halda Vaşinqton üçün hansısa siyasi və geopolitik vəzifələr bəyan edilən terrorizmlə mübarizəyə sadiqlikdən daha mühümdür”. Sergey Ryabkovun sözlərinə görə, rus general-leytenantı Valeri Asapovun Deyr əz-Zor rayonunda ölümü, bir çox baxımdan, ABŞ-ın Suriyada apardığı ikiüzlü siyasətin nəticəsidir.

Bu arada, ТАСС-ın verdiyi məlumata görə, Milli Antiterror Mərkəzinin (MAM, ABŞ Milli Kəşfiyyat Şurası direktorunun aparatının strukturuna daxildir) direktoru Nikolas Rasmussen İranı “terrorizmin əsas sponsoru” adlandırıb. ABŞ Konqresinin milli təhlükəsizlik və hökumət qurumları ilə iş üzrə senat komitəsinin üzvlərinin suallarına yazılı cavabında Nikolas Rasmussen təsdiq edir ki, “İranın “Hizbullah”dan olan tərəfdaşları son bir neçə il ərzində, özünün minlərlə döyüşçüsünü, Əsəd rejimi uğrunda döyüşmək üçün Suiyaya göndərməklə, İraq və Yəməndəki terrorist qruplara silah verməklə, terror aktlarının törədilməsinə şərait yaratmaq üçün Azərbaycan, Misir, Tailand, Kipr və Peruya öz döyüşçülərini göndərməklə, regionda sabitliyin yaranmasına imkan verməmək niyyətlərini nümayiş etdiriblər”.

Sentyabrın sonunda isə Rusiya XİN başçısı Sergey Lavrov BMT Baş Məclisində çıxış edib. Öz çıxışında o, ABŞ-ı tərifləməklə bərabər, tənqid etmək üçün də səbəb tapıb, Suriyadakı mövcud durumu qiymətləndirib və bir sıra yeni beynəlxalq təşəbbüs irəli sürüb.

Georgi Stepanov

“Kommersant”, Rusiya