XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2017 - 17:51

Türkmənistan prezidenti:"Xəzərin statusu ilə bağlı Konvensiya növbəti sammitdə razılaşdırıla bilər"

“Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər”.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda görüşü zamanı deyib:

 “Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır. Mən ümid edirəm ki, bütün sahilyanı ölkələr bu məsələnin həllinə tərəfdar çıxacaq”.