XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 07:03

Kuba və ABŞ son 50 ildə ilk dəfə bir araya gəldi

Bu gün ABŞ prezidenti Obama ilə Kuba lideri Raul Kastronun görüşü olacaq

ABŞ dövlət katibi Con Kerri Panamada Kuba xarici işlər naziri Bruno Rodrigeslə görüşüb.

Strateq.az BBC-yə isnadən bildirir ki, bu iki ölkənin xarici işlər nazirlərinin son 50 ildə ilk görüşüdür.

Diplomatlar dünən Panamada açılmış “Amerikaların sammiti” çərçivəsində danışıqlar aparırlar.

Gözlənilir ki, bu gün ABŞ prezidenti Obama ilə Kuba lideri Raul Kastronun görüşü olacaq.

Əvvələr məlumat verilib ki, ABŞ Dövlət Departamenti Obamaya Kubanı terrorizmin sponsoru hesab edilən ölkələrin siyahısından çıxartmağı tövsiyə edib.