XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 22:35

Spiker Oqtay Əsədovun “saxtakar” adlandırdığı ATƏT-in xüsusi nümayəndəsi bəyanat yaydı –MƏTN

ATƏT Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin (Bolqarıstan) bəyanat yayaraq, bir sıra Azərbaycan KİV-lərinin onun adından verdikləri ifadələri təkzib edib.

"Bu yaxınlarda Azərbaycana səfərim zamanı bir sıra yerli KİV sözlərimi təhrif ediblər. Yanlış məlumatı düzəltmək xahişimə baxmayaraq, bəzi KİV artıq yanlış məlumatı yayıb. Buna görə təkrar edirəm ki, heç vaxt ATƏT-in Minsk Qrupunun islah edilməsini təklif etməmişəm. ATƏT MQ-nin və onun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyirəm və Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün parlament səviyyəsində səylərimi davam etdirəcəyəm", – deyə Turan agentliyinə daxil olan bəyanatda bildirilir.