XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 12:26

Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli saziş layihəsinin növbəti mərhələsi müzakirə olunub –Brüsseldə

Brüsseldə (Belçika) Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib.

Bu barədə Strateq.az-a Azərbaycan Energetika Naziriyinin mətbuat xidmətindən daxil olan məlumata görə, müzakirələrdə Energetika Nazirliyini hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib. Tədbirdə saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib.

Açıqlamaya görə, müzakirələrdə Azərbaycanın enerji bazarının öyrənilməsi zərurəti vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda müzakirələrin davamı kimi oktyabr ayında tərəflər arasında video-konfransın keçirilməsi planlaşdırılıb.