XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 23:01

Kerri Qazaxıstana minnətdarlıq etdi – Azərbaycana isə…
kerri-1.jpg
 
ABŞ-ın dövlət katibi Con Kerri İrandan zənginləşdirilmiş uranın Rusiyaya nəqlində Azərbaycanın rolunu qeyd edib.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət katibinin bazar ertəsi yayılan bəyanatında bildirilib.
 
“Mən bildirməyə şadam ki, biz İran ilə əldə olunmuş razılaşmaya əsasən başlıca öhdəliklərin yerinə yetirilməsi yolunda böyük irəliləyişin əlamətlərini görürük. üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yolunda İranın ən mühüm addımlarından biri bu gün atılıb: 25 min fut az zənginləşdirilmiş uranın (11,3 min ton – red.) olduğu gəmi Rusiyaya yola salınıb”, – deyə Kerri bildirib.
 
Onun sözlərinə görə, Tehranın bu materiallardan imtina etməsi, onun nüvə silahı yaratmasını 6-9 ay təxirə salacaq.
 
“Bu nəql bir sıra kommersiya tranzaksiyaları və bu prosesdə mühüm rol oynayan bir çox ölkələrin iştirakı sayəsində mümkün olub”, – deyə Kerri bildirib və bu istiqamətdə AzərbaycanQazaxıstanın da fəaliyyətini qeyd edib.
 
“Mən bu gün Qazaxıstanın Xarici İşlər naziri Yerlan İdrisovla danışdım və bütün səylərə görə minnətdarlığımı bildirdim. Azərbaycan da bu nəqlin həyata keçirilməsində rol oynayıb”, – deyə Kerri bildirib.