XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 19:57

Milli Məclisin deputatları NATO PA-nınsessiyasına qatılacaq

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.
 
MM-dən APA-ya verilən məlumata görə, toplantıda “Suriyada və İraqda müharibə: Humanitar aspektlər”, “Ballistik raketdən müdafiə və NATO”, “Avropanın müdafiə sənayesi bazasının vəziyyəti” mövzularında məruzələr dinləniləcək.
 
Tədbir iştirakçıları Qara dəniz regionunda sabitliyin qorunması, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.