XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 10:06

Diplomatlar da attestasiyadan keçəcək – Qanuna dəyişiklik edildi

Dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son iclasında “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliklə bağlı məlumat verən Səməd Seyidov bildirib ki, burada əsas məsələ diplomatik xidmət sahəsində çalışan şəxslərin Azərbaycanda qəbul edilmiş qanunlara uyğun olaraq attestasiyadan keçməsi ilə bağlıdır.

S.Seyidov qeyd edib ki, qanun layihəsi komitədə ətraflı müzakirə olunaraq parlamentin iclasına təqdim edilib. Hər bir diplomatın öz məsuliyyətini dərk etməsi baxımından bu, çox ciddi məsələdir. Hər bir diplomat bilməlidir ki, o, Azərbaycan vətəndaşıdır və Azərbaycanı təmsil edir.

Müzakirələrdən sonra qanun layihəsi təsdiq edilib(azərtac).