XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 14:48

Eldar Həsənovdan xəbər var –Sabiq baş prokuror Serbiya Kral Akademiyasına üzv seçilib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinyadakı Fövqəladə və Səlahiyyətli səfiri, Azərbaycanın sabiq baş prokuroru, hüquq elmləri doktoru Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilib.

Strateq.az bildirir ki, bu barədə Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov özünün sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Əlövsət Ağalarov Eldar Həsənovun uğuruna sevincini bu şəkildə ifadə edib: “Bu sevindirici xəbəri dostlarımızla bölüşmək qərarına gəldim. Təbii ki, Serbiya alimlərinin bu qərarı eyni zamanda, Azərbaycan elminə, ümumən Azərbaycan dövlətinə verilən yüksək qiymətdir. Hər birinizin adından dəyərli həmyerlimizi,əziz qardaşımı təbrik edirəm!  Bilirəm ki, təvazökarlıq edib bu müjdəni yaydığıma görə məni qınayacaq. Əlbəttə, bunun səbəbi də var: bir dəfə də xaricdə çıxan növbəti kitabıyla bağlı xoş sözlər yazdığıma görə narazı qalmışdı. Zəng vurub etirazını bildirəndə dedim ki, xarici ölkədə hər adamın kitabı belə nəfis şəkildə çap olunmur, bu, təkcə sizin deyil, hamımızın, bütün kitabsevərlərin uğurudur. Qayıtdı ki, "qardaş, bizim ən əsas və böyük uğurumuz Qarabağımızın işğaldan azad edilməsi olacaq, belə xırda şeylərə görə camaatın vaxtını alma". Dinlədim və haqlı olduğunu bildiyimdən daha bir şey yazmadım. Amma incisə də, inciməsə də indicə aldığım bu gözəl xəbəri sizlərlə paylaşmaq qərarına gəldim”.