XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2017 - 17:03

Müsavat partiyası etiraz yürüşü keçirəcək –Hacıbala Abutalıbova müraciət edildi


Müsavat Partiyası oktyabrın 21-də etiraz yürüşü keçirəcək.

Partiyanın mətbuat xidmətindən “Basta”ya təqdim olunan məlumata görə,  artıq Bakı şəhər İcra Hakimiyyətinə aksiya ilə əlaqədar rəsmi müraciət göndərilib. Müraciətdə Müsavat Partiyası 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək metronun “Azadlıq prospekti” stansiyasının çıxışından “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər, və ya Yasamal rayonunda keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydandan başlayaraq Cavid bağına qədər marşrutlardan birində kütləvi tədbir keçirmək istədiyini bildirib.