XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 18:41

Ziyafət Əsgərov:“Mən Aşurada ciddi təhdid görmədim”

“Bəzən Azərbaycanda dini radikalizm mövzusu çox şişirdilir. Özü də mətbuat bunu şişirdir. Mən Azərbaycanda dini radikalizmdən doğan təhlükə görmürəm. Bu mövzu haradan gəlir, haradan qaynaqlanır, bunu niyə şişirdirlər, anlamıram”.

Strateq.az bildirir ki, bu sözləri APA-ya müsahibəsində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkədə dini durumla bağlı vəziyyəti şərh edərkən deyib. Vitse-spikerin sözlərinə görə, Azərbaycandan Suriyaya döyüşməyə gedənlər var: “Amma getmək hələ o demək deyil ki, Azərbaycanda konkret dini radikal mühit var. Mən bu fikirlə razılaşmıram”. Z.Əsgərovun sözlərinə görə, ötən il qanunvericilikdə başqa ölkəyə din adı altında döyüşməyə gedənlərə qarşı konkret tədbirlər görülməsi üçün dəyişiklik edilib: “Yəni biz artıq hüquqi həll yollarını yaratmışıq. O ki qaldı Aşura günü ilə bağlı narahatlığa, Azərbaycan Konstitusiyasına zidd nə olacaqsa, qarşısı alınacaq. Amma mən Aşurada ciddi təhdid görmədim. Mən bu məsələyə yalnız bu qədər cavab verirəm”.