“Son bir il ərzində milyarderlərin sayı azalıb”.
Bu sözləri Ukrayna Baş naziri Arseni Yatsenyuk bildirib.
Yatsenyuk onu korrupsiyada ittiham edənlərə kinayəli şəkildə belə cavab verib:
“Mənim sahib olduğum milyardlar barəsində onu deyim ki, onları qorumaq üçün çeçenistana aparmışam”.
Qeyd edək ki, Rusiyanın İstintaq Komitəsi iddia edir ki, Yatsenyuk 90-cı illərdə çeçenistanda separatçılarla çiyin-çiyinə vuruşub və Rusiya əsgərlərini öldürüb.