XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 17:36

Məmmədyarov Gürcüstana gedir- İkitərəfli görüşlər nəzərdə tutulub

memmedyarov-1.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd oktyabrın 7-də Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdir.

GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.