XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 11:26

“GUAM ölkələrinin əməkdaşlığı artırmaqla bağlı ümumi məqsədləri var” –Gürcüstan xarici işlər naziri

“GUAM dost ölkələr tərəfindən ümumi maraqlar çərçivəsində yaradılmış təşkilatdır”.

Bunu Gürcüstan xarici işlər naziri Mixeil Canelidze deyib.

Gürcüstan xarici işlər naziri deyib ki, 20 il ərzində GUAM institutlar və müvafiq formatlar yarada bilib: “Təşkilat beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirə və bir sıra sahələr üzrə əməkdaşlığı inkişaf etdirə bilib. Bu il təşkilatın fəaliyyəti çox aktivdir. GUAM ölkələrinin əməkdaşlığı artırmaqla bağlı ümumi məqsədləri var”.

Qeyd edək ki, bu gün GUAM-ın təsis edilməsinin 20 illiyi ilə əlaqədar təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək/APA.