XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 17:51

AŞPA-nın yeni prezidentini seçmək mümkün olmadı –İkinci tur elan edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentini ilk turda seçmək mümkün olmayıb.

 AŞPA-nın bu gün başlayan payız sessiyasında oktyabrın 6-da qurumun prezidenti vəzifəsindən istefa vermiş Pedro Aqramuntun yerinə yeni prezident seçilməli idi.  Lakin səsvermə nəticəsində prezidentliyə namizədlər – Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr – 126 səs) və Emanuelis Zingeris (Litva – 84 səs) lazım olan qədər səs toplaya bilməyib.  Səsvermədə iştirak edən deputatların sayı az olduğundan ikinci tur elan edilib. İkinci tur da bu gün keçiriləcək.

 Qeyd edək ki, yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında quruma yeni prezident seçiləcək.  Pedro Aqramuntun AŞPA prezidenti postunda səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı. (APA)