XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2017 - 13:36

“Azərbaycan hakimiyyətinin nümayiş etdirdiyi dialoqdan razıyam” –   Avropa Şurasının həmməruzəçisi

"Azərbaycan hakimiyyətinin monitorinq zamanı nümayiş etdirdiyi dialoqdan razıyam". 

Bunu  Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak bildirib.

Onun sözlərinə görə, hesabatda AŞPA-nın Azərbaycanda hakimlərin seçilməsinə dair həyata keçirdiyi yeni prosedur qaydalarının tətbiqi, bu yeni qaydalar əsasında hakimlərin 60 faizinin yenidən seçilməsi alqışlanır: "Hesabatda əksini tapmış tövsiyələrə məhkəmə orqanlarının tamamilə müstəqil şəkildə fəaliyyət göstərməsi, Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədi ilə vətəndaş cəmiyyətlərinin fəaliyyətinə və maliyyələşdirilməsinə dair qanunvericilikdə dəyişikliklər edilməsi, yuvenal ədliyyənin yaradılması və s. daxildir. Bu baxımdan Azərbaycan hakimiyyət orqanlarının nümayiş etdirdiyi dialoq, insan hüquqları və qanunvericiklə bağlı islahatların aparılmasında göstərdiyi təşəbbüs və tədbirlərdən razı qalmışıq". 

Qeyd edək ki, "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın müzakirəsi oktyabrın 9-dan Strasburqda öz işinə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının gündəliyinə daxil edilib. AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda tərəfindən hazırlanmış hesabatın müzakirəsi oktyabrın 11-nə planlaşdırılır.

Report