XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Oktyabr 2017 - 15:14

MDB-yə daxil olan ölkələrin XİN başçıları yeni sənədlər imzalayıb –Soçidə iclas + FOTO

Rusiyanın Soçi şəhərində MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclası keçirilib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Şuranın iclası ilk olaraq nazirlərin məhdud tərkibdə görüşü ilə başlayıb. Sonra nazirlər nümayəndə heyətləri ilə birgə görüşü davam etdiriblər.

Şuranın geniş tərkibli iclasında çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, XİN başçıları MDB məkanında gələcəkdə çoxplanlı əməkdaşlığın genişləndirilməsi tədbirlərini müzakirə ediblər, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

S. Lebedev iclasın gündəliyinə çıxarılan bütün sənədlərin nazirlər tərəfindən yekdilliklə qəbul olunduğunu bildirib.

İclasdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev birgə mətbuat konfransı keçiriblər.

S. Lavrov MDB XİN başçıları Şurasının iclasında "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" layihələri haqqında sənəd qəbul olunduğunu söyləyib.

O həmçinin hərbi sahədə əməkdaşlıq, xüsusən də MDB ölkələri birləşmiş hava hücumundan müdafiə sisteminin uyğunlaşması layihəsinin əsas istiqamətlərinin müzakirə olunduğunu bildirib: "O cümlədən humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən bir sıra sənədlərin razılaşdırılması müzakirə olundu. 2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması haqqında qərar qəbul edilib”.

Bundan başqa iclasda MDB xarici işlər nazirləri şurasının növbəti iclasının 2018-ci ilin aprelin 6-da Minsk şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, iclasın yekununda razılaşdırılmış layihələrin sənədləri baxılması üçün oktyabrın 11-də Soçidə keçiriləcək MDB Dövlət Başçıları Şurasına və noyabrın 3-də Daşkənddə keçiriləcək MDBölkələri Baş Nazirləri Şurasına təqdim olunacaq.