XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 10:57

Başqırd jurnalist Dağlıq Qarabağa qeyri – qanuni səfər edib – FOTO

bashkord.jpg

“Respublika Başkortostan” (Başqırdıstan Respublikası) qəzetinin müxbiri Elza Baymuhammadova işğal altında olan Dağlıq Qarabağa səfər edib.

“Strateq.az” bildirir ki, Ermənistanda keçirilən “Araratın ətəklərində” beynəlxalq Forumunda iştirak edən başqırd jurnalist oradan qondarma rejimin idarəçiliyində olan Dağlıq Qarabağa gedib və hazırladığı yazını qəzetdə dərc edib.

Xankəndini utanmadan “Artsaxın paytaxtı” adlandıran bu başqırd jurnalist separaçıların lideri Bako Saakaynla olan müsahibəsindən qeydlər verib. Saakayan ona etiraf edib ki, qondarma rejimin büdcəsi Ermənistanın ayırdığı dövlət krediti ilə formalaşır. Elza Baymuhammadova daha sonra qonadma “DQR”-in həyat səviyyəsini tərifləyərək ağlasığmaz yalanlar yazır. Burada korrpusiyanın kökünün kəsildiyini, insanların hətta Ermənistandan da çox pensiya aldığını qeyd edir.

Amma bu soy-kökü türk olan müsəlman jurnalist nədənsə Saakyana Xocalı və digər yerlərdə qətlə yetirdikləri azərbaycanlılar barədə sual verməyi “unudub”.

Xatırladaq ki, Azərbaycanın rəsmi razılığı olmadan onun işğal altında olan torpaqlarına səfər edən əcnəbilər ” qara siyahı”ya salınır. Onların Azərbaycana səfərləri qadağan olunur. Görünür Elza Baymuhammadova da növbəti “qara”lardan olacaq.

X. SƏFƏRLİ