XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2017 - 13:44

“Bu Reks Tillersonun axırı necə olacaq?” –ABŞ DÖVLƏT KATİBİNİN "İKİ QADIN" DƏRDİ

Sərdar Turqut

“Habertürk”, Türkiyə 11.10.2017

 

Günboyu daxili və xarici siyasətin detalları ilə yatıb-qalxan Vaşinqton axşamüstü rahatlama vaxtı gələndə, bu dünyaya xas olan dedi-qodularla çalxalanır. Axşamüstü görüşlərin və iş yeməklərinin son əsas mövzusu “Bizim Reks Tillersonun axırı nə olacaq?” sualı ilə xülasə edilə bilər.

Vaşinqtondakı xarici siyasəti izləyən elitar jurnalistlərin, demək olar ki, hamısı Tillersonun bu günə qədər olan ən pis Xarici İşlər naziri olması məsələsində həmfikirdirlər.

Son dedi-qoduya görə, Tillerson öz vəzifə sahəsi olan xarici siyasətlə əlaqəli Trampın etdiklərini ondan birbaşa deyil, Müdafiə naziri Ceyms Mettisdən öyrənirmiş. Bu, Vaşinqtonun “siyasətçi, bürokrat və qəzetçi tayfaları”nın hər hansı birinə aid olan və bir-birilə danışan hər kəsin bildiyi bir həqiqətdir.

Prezident Tramp, sanki, bu durum xalq tərəfindən də bilinsin deyə, bir "tweet" atmış və  “Bizim Tillerson, Şimali Koreya haqqında öz-özünə yanlış işlər görməyə çalışır, amma nə ediləcəyini mən və Mettis daha yaxşı bilirik” demişdi.

“Artıq diplomatiyaya yer yoxdur, onlarla Müdafiə Nazirliyimiz məşğul olacaq” – demək istəyərkən, yenə Tillersona bir yara açmışdı.

Reks Tillerson və Nikki Haley

 

Bütün bunlar olarkən, Tillersonun başı iki qadınla da dərddədir. Onlardan biri ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haleydir. Onun bir müddətdir ki, Trampla Xarici İşlər Nazirliyi, yəni, Tillersonun kreslosu üçün danışdığı məlumdur, hətta bunun reallaşmasının an məsələsi olduğu da deyilir. Belə ki, əgər Tramp xarici siyasətlə bağlı olaraq Mettisdən başqa biri ilə danışmaq istərsə, seçimi Tillersonu deyil, Nikki Haleyi aramaq olur.

İkinci qadın isə Tillersonun xüsusi köməkçisi Marqarit Peterlindir.

Vaşinqtonun çox dedi-qoduçu olan tayfaları, Peterlinin ikinci bir "Marqarit Tutvayler hadisəsi" olacağı haqqında danışırlar. Ceyms Beyker Xarici işlər naziri olarkən Marqarit Tutvayler adlı çox tanınmayan və xarici siyasət təcrübəsi olmayan bir qadının tərəfini çox  tutmuş, onu müdafiə etmiş və özünə köməkçi seçmişdir. Ceyms Beyker Tutvaylerə bir çox imkan da yaradınca, Vaşinqtonun dedi-qoduçuları həmən onlar haqqında bəzi söz-söhbətlər çıxarmışlar və bu sözləri təkrarlaya-təkrarlaya özləri də inanmağa başlamışdılar.

Reks Tillerson köməkçisi Marqarit Peterlinlə

 

İndi ikinci bir "Marqarit Tutvayler hadisəsi" adlandıraraq, Tillerson ilə Peterlin arasında da belə bir bənzətmə aparırlar. Tillerson da, sanki, bu bənzətmələrin intensivləşməsini istəyirmiş kimi, onu hər yerə özü ilə bərabər aparır. Hətta prezident Ərdoğanla Trampın Nyu Yorkdakı görüşünün başında da Tillersonla birlikdə Marqaret Peterlin də vardı.

Vaşinqtonun dedi-qoduçu tayfaları buradan bir qalmaqal çıxmasını gözləyirlər. Potensial var, amma çıxıb-çıxmayacağını birlikdə görəcəyik…