XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 05:52

GUAM-a sədrlik Azərbaycana keçib

Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat – GUAM-a sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib. 

Apa.az-ın xəbərinə görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib. Təşkilatın baş katibi vəzifəsini isə, qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.

Qeyd edək ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri çeçelaşvili tutub.