XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Oktyabr 2017 - 14:32

Məhkəmə həbsdə olan AXCP-nin  sədr müavininin şikayətini təmin etmədi –Vəkil

Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlının həbs müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib.

Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova məlumat verib.

Xatırladaq ki, Gözəl Bayramlı 2017-ci ilin mayında 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq həbs edilib. G.Bayramlı və müxalifətçi həmkarları hesab edirlər ki, həbs ölkənin aparıcı müxalifət partiyasını zəiflətmək məqsədilə siyasi motivlidir.