XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 22:48

Politoloq Elxan Şahinoğlu:“Ağ Evin İranla bağlı Liviyaya oxşar planı varsa vay bölgənin halına...”

“Prezident Tramp oturduğu yerdə İranla münasibətləri gərginləşdirmək xətti götürüb ki, bu heç bir dövlətin – Azərbaycanın, Türkiyənin, Avropanın və elə Amerikanın özünə də xeyirli deyil”.

Strateq.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, uzun onilliklərdir Amerikanın Avropadakı əsas müttəfiqlərindən sayılan – Almaniyanın xarici işlər naziri deyib ki, Vaşinqtonun İranla nüvə razılaşmasında nümayiş etdirdiyi mövqe Avropanın ABŞ-dan uzaqlaşaraq Rusiya və Çinlə yaxınlaşmasına səbəb olacaq: “Bəli, Amerikada prezident son instansiya deyil, bu super dövləti oturuşmuş siyasi sistem (Konqres, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, müxtəlif siyasi lobbilər və beyin mərkəzləri) idarə edir. Ancaq həmin siyasi sistemin İranla nüvə anlaşmasını sual altına almasında marağı nədir? Şimali Koreya ilə hələ məsələni həll etmədiyin halda İranla anlaşmadan imtina etməklə bu ölkənin də növbəti nüvə dövlətinə çevrilməsinə niyə bilərəkdən şərait yaradırsan? İran prezidenti deyib ki, əgər Vaşinqton Tehranla sazişə rəğmən, İrana qarşı sanksiya tətbiq edəcəksə, bunu müşahidə edən Şimali Koreyanın lideri nədən Vaşinqtonun “nüvə silahı əldə etməkdən əl çək, Səninlə münasibətləri normallaşdıraq” vədinə inansın? Adam haqlı deyilmi?

Politoloqun fikrincə, ola bilsin Vaşintondakı siyasi sistemin dərdi İranın nüvə silahı ilə mübarizə deyil, sanksiyalar və müdaxilə vasitəsilə bu ölkəni içəridən qarışdırmaqdır: “Vaşinqtonun İraq və Liviyada müdaxilə siyasətindən gəldiyim qənaət odur ki, Ağ Evin İranla bağlı da oxşar planı varsa vay bölgənin halına…”