XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 12:38

Bolqarıstan prezidentinin Azərbaycana rəsmisəfəri başa çatıb

Bolqarıstan Respublikasının prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri oktyabrın 14-də başa çatıb.
 
APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.