XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 10:13

Söyün Sadıqov Ukraynada üzə çıxdı –Putinin göstərişi ilə macar separatçılarına dəstək verdiyi iddia olunur

İspaniyanın Kataloniya əyaləti və Şimalı İraq Türk Muxtariyyətində başlayan separatçılıq dalğası Ukraynaya da çatdı. Belə ki, ölkənin Karpatyanı bölgəsindəki etnik macarlar oktyabrın 13-də “Karpatyanı üçün öz müqəddəratını təyin etmə” şüarı altında aksiya keçirməli idi. Qəzet çapa gedərkən aksiya barədə hələ ki xəbərlər çıxmamışdı.

Amma istənilən halda Ukraynanın növbəti problemlər yaşayacağı göz önündədir. Virtualaz.org xəbər verir ki, Kiyev aksiyanı separatizm adlandırıb. Aksiyanın Macarıstanda fəaliyyət göstərən sağ-radikal “Yobbik” Partiyası tərəfindən təşkil edildiyi bildirilir.

Macar azlığın küçələrə çıxmasının formal səbəbi kimi  Ukrayna parlamentinin qəbul etdiyi yeni təhsil qanunu göstərilir. Bu qanuna əsasən orta təhsil 12 illik olacaq və Ukrayna dilində aparılacaq. Etnik azlıqlar isə öz dillərində ancaq məktəbəqədər müəssisələrdə təhsil ala bilərlər. Bu qanun Macarıstan, Rumıniya, Polşa və digər qonşu ölkələri bərk narazı salıb. Həmin ölkələr qanunu Ukraynanın “arxadan zərbə” vurması adlandırıblar və etnik azlıqların hüquqlarını məhdudlaşdırdığını bildiriblər. Macarıstan isə xüsusilə qəzəblidir və bu ölkənin sağ-radikalları neçə vaxtdır ki, Karpatyanı bölgədə separatizm toxumları əkirlər.

Macarıstanın Xarici İşlər Nazirliyi Budapeştdəki Ukrayna səfirliyini rəsmən məlumatlandırıb ki, aksiyalara dəstək verəcəklər. Bu isə Kiyevi qəzəbləndirib. Xarici işlər naziri Pavel Klimkin özünün Tvitter bloqunda yazıb: “Macarıstan XİN bizim səfirliyə oktyabrın 13-də ”Karpatyanı üçün öz müqəddəratını təyin etmə aksiyası haqda xəbər verib. Bu nədir, Budapeşt separatizmi dəstəkləyir?". Nazir əlavə edib ki, Ukrayna XİN dərhal bu təxribatı dayandırmaq barədə etiraz notası göndərib".

Qeyd edək ki, bundan əvvəl Ukrayna hakimiyyəti “Yobbik” Partiyasından olan deputat Kristine Morvai və vəkil Tomaş Qaudi-Nadın ölkə ərazisinə daxil olmasını qadağan edib. Bu da macar azlığın etirazlarını daha da artırıb. “Yobbik” iddia edir ki, Karpatyanı macarları girova çevrilib və onlara doğma dillərində təhsil almaq, özlərini macar kimi hiss etmək qadağan olunub. “Yobbik” Partiyasının Rusiya ilə sıx əlaqələri var və Ukraynada hesab edilir ki, məhz Kreml Macarıstanın Rusiyayönümlü baş naziri Viktor Orbanla əlbir olaraq Karpatyanı bölgəni Ukraynadan qoparıb Macarıstana birləşdirmək planını işə salıb.

Karpatyanı bölgəsindəki separatçılıq dalğasının başladığı ilk günlərdən proseslərin arxasında Rusiyanın dayandığı barədə xəbərlər yayılmağa başlayıb. Bu xəbərlərdə Azərbaycanı narahat edən bir məqam var. Belə ki, Ukrayna KİV-lərində yayılan məlumatlara görə, Kreml qərbi Ukraynada separatizmi dəstəkləmək üçün ölkə prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiyada yaşayan məşhur azərbaycanlı biznesmen  Söyün Sadıqovu “kurator” təyin edib. Bu da rəsmi Bakının ciddi narahatlığına səbəb olmaya bilməz. Ekspertlər hesab edirlər ki, burada məkrli Rusiya planı var. Bununla Kreml Ukrayna-Azərbaycan arasındakı münasibətlərdə soyuqluq yaratmaq üçün belə bir kartdan istifadə etdiklərini düşünürlər.

S.Sadıqov barəsindəki ittihamlarla bağlı “Yeni Müsavat”ın suallarından yayındı: “Olarmı Ukrayna ilə bağlı suala cavab verməyim? Bu siyasətdir, siyasətin də sirləri var. Bu barədə Ukrayna KİV-lərindən məlumat ala bilərsiniz”.