XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 10:21

ABŞ Helsinki Komissiyası  Qarabağla bağlı dinləmələr keçirəcək –Minsk Qrupunun sabiq həmsədrləri dəvət olunub

ABŞ Helsinki Komissiyası növbəti Qarabağ dinləmələri keçirəcək.

Oktyabrın 18-də keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusu müzakirə olunacaq.

Bununla bağlı Komissiyanın yaydığı məlumatda 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə ATƏT Minsk Qrupunun keçmiş amerikalı həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), eləcə də Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Ancaq ekspertlər bu dinləmələrin Azərbaycanın xeyrinə olmadığı qənaətindədir. Bu isə Helsinki Komissiyasının daha əvvəl sərgilədiyi mövqe və onun hazırkı sədri, konqresmen Kristofer Smitin ermənipərəst mövqedə olması ilə izah edilir. Məsələ ondadır ki, Helsinki Yekun Aktının əsas prinsipləri olan suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi kimi müddəalar Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. ( musavat.com)

Konqresmen Kristofer Smit ermənipərəst siyasətçi kimi tanınır, Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biridir. Bundan başqa o, ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır.