XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 00:15

Qubernatorların “yarpaq tökümü” –Rusiyada məmurların kütləvi təmizlənməsinin arxasında nə durur? 

 “Böyük İstefa dalğasının yatması və qubernator postuna təyinatlar Rusiyanın federativ dövlət olmasının yalnız Konstitusiya və onun rəsmi adında qaldığını göstərmiş oldu”.

Bu sözləri Eurasia Diaryya açıqlamasında Politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitaliy Arkov bildirib.

Onun sözlərinə görə, son dövrdə regional elitadan nümayəndələrinin təyinatı azalmışdı: “Dövlət Dumasında “Vahid Rusiya” fraksiyası liderinin Vladimir Vasilyevin (atası milliyyətcə qazax, anası isə rusdur) Dağıstana rəhbər təyin olunması bu tendensiyanın bitirmiş oldu. O güc strukturlarının nümayəndəsi olaraq Kremlin Dağıstanda tayfalararası müharibəni bitirmək niyyətində olduğunu göstərir”.

Politoloqun fikrincə, qubernatorların bir-birini əvəzləməsi halı həm də qarşıdakı prezident seçkiləri ilə bağlıdlır. Burada əsas namizədin qalib gələcəyi artıq hamıya bəllidir: “Buna baxmayaraq beynəlxalq ictimaiyyətin gözündə inandırıcı olmaq üçün seçicilərin yüksək fəallığı lazımdır. Real, xəyali yox. Və könüllü formada. Mərkəz qarşısına məqsəd qoyub ki, əyalətlərdə Rusiya və postsovet məkanı üçün ənənəvi sayılan seçici məntəqələrinə büdcədən asılı olan təşkilatların işçiləri, hərbi qulluqçuların, tələbə və təqaüdçülərin cəl olunduğu “təşkil olunmuş səsvermə” cəhdlərininin qarşısı alınsın. Seçicilərin siyasi aktivliyinə Kremlin sentyabrda Moskvada keçirilən bələdiyyə seçkilərində təşkil etdiyi kimi müxalifət nümayəndələrinin kiçik belə olsa qələbələri də müsbət təsir edə bilər. Həmçinin bütövlükdə daxili siyasətdə edilən dəyişiklik də ola bilər. Yeni qubernatirları təyinatları buna sübutdur.

Arkov qeyd edib ki, bütün bunlarla yanaşı əyalətlərdə nəzarət etmək uğrunda iri şirkətlər arasında mübarizə kəskinləşib. Vladimir Putinin Federasiya subyektlərinə rəhbər təyinatlarının əksəriyyətində prezident adminisrasiyasının rəhbəri Anton Vayno və onun birinci müavini (Kremlin daxili siyasətinin “boz kardinalı”) Serget Kiriyenkonun “gənc texnokratlar” kimi görünürlər: Burada daha bir maraqlı məqam var. İstefaya göndərilən qubernatorların çoxu yaxşı vəzifələr verilib və faktiki olaraq Prezident administrasiyasının yeni komandasına daxildirlər. Poltavçenko və Sobyaninin istefa verəcəklər. lakin bunu Dmitriy Medvedev hökumətinin istefasından öncə gözləmək olmaz”.