XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2015 - 13:07

Rusiyalı deputat Ukraynaya təcavüzə çağırdı

“Biz qardaş xalqı müdafiə etməliyik”

Dövlət Dumasının RLDP-dan deputatı Roman Xudyakov Dumanın bu günki iclasında Rusiyaya qarşı yaranmış təhlükəyə görə rus əsgərlərini Ukraynaya göndərməyi təklif edib.

Strateq.az Rusiya KİV-ə isnadən bildirir ki, Xudyakov çıxışında deyib: “Bu gün internet Amerika və Avropa hərbi texnikasının dövlətimizin sərhədinə sarı necə dartınması barədə sübutlarla doludur”.

Onun sözlərinə görə, “Hazırda orada Ukrayna danışığından çox ingilis danışıqlarını eşitmək olar”.

Buna görə də deputat ölkənin müdafiə naziri Şoyquya müraciət edərək rus qoşunlarını Ukrayna ərazisinə yeritməyi xahiş edib.

Xudyakov Donbasa rus sülhməramlılarının göndərilməsini təklif edib: “Biz qardaş xalqı müdafiə etməliyik. Bu qorxaqlar rus sülhməramlılarına birbaşa hücuma cürət etməzlər. Etsələr, bu onların sonuncu bədbəxt səhvi olacaq”.